Главная > hadise > Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı
Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı3-12-2025, 11:29. Разместил: vasif |
![]() Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, dekabrın 2-də polis əməkdaşları paytaxt, eləcə də respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan və 1 tapança tapıb. Bununla yanaşı, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlifçaplı patron da aşkar edilərək götürülüb. Вернуться назад |