Главная > hadise > Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən xaric ediləcək
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən xaric ediləcək12-12-2025, 13:17. Разместил: vasif |
![]() Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric ediləcək. "Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Fəxri xiyabanda jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, AMEA-da bununla bağlı məsələyə baxılacaq və yekun qərar veriləcək: "AMEA-nın bu məsələdə konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətinə qarşı etdiyi hərəkətlər və barəsindəki iddialar onun AMEA-nın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə baxılacaq və lazım gəldiyi təqdirdə müvafiq qərar qəbul ediləcək". Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Вернуться назад |