Главная > siyaset > Baş nazir qərar imzaladı
Baş nazir qərar imzaladı23-12-2025, 12:25. Разместил: vasif |
|
Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyəti təkmilləşdirilir. Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Qərarla Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib. Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edəcək. Вернуться назад |