Главная > gundem / siyaset / video > “Bala neçə aylıqdır?” - Prezident+Video
“Bala neçə aylıqdır?” - Prezident+Video23-12-2025, 22:39. Разместил: vasif |
![]() Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. “Dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evində olub. Sakin: Xoş gəlmisən! Prezident İlham Əliyev: Siz də doğma vətənə xoş gəlmişsiniz! Qadın sakin: Allah səni saxlasın. Millətimizi öz vətəninə gətirdin, çox sağ ol. Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız? Sakin: Gəncədə yataqxanada. Prezident İlham Əliyev: Bala neçə aylıqdır? Sakinlər: 13 günlükdür. Prezident İlham Əliyev: 13 günlük? (gülür) Maşallah! Gəncədə doğulub? Sakinlər: Bəli. Prezident İlham Əliyev: Təbrik edirəm bir daha. |