Главная > sosial > Bu yollarda velosipedlərin də hərəkəti işıqforla tənzimlənəcək - Video
Bu yollarda velosipedlərin də hərəkəti işıqforla tənzimlənəcək - Video7-01-2026, 10:55. Разместил: vasif |
![]() Bakıda 47 yolayrıcında mövcud olan işıqforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində svetoforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr aşağıdakılardır: 1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsi; 2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsi; 3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi; 4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsi. Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədilə həyata keçirilir. Вернуться назад |