Главная > hadise > Polis bu qədər silah-sursat aşkarladı
Polis bu qədər silah-sursat aşkarladı8-01-2026, 11:57. Разместил: vasif |
![]() Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, yanvarın 7-si polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 15 avtomat silahı, 3 pulemyot, 5 tapança aşkar edib. Bundan başqa, 5 qumbara, 6 alışdırıcı, 39 tüfəng, 1 patron darağı və 5565 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb. Tədbirlər davam etdirilir. Вернуться назад |