Главная > dunya > Starmerlə Tramp anlaşdı: Rusiya burada durdurulmalıdır

Starmerlə Tramp anlaşdı: Rusiya burada durdurulmalıdır


9-01-2026, 10:57. Разместил: vasif


Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

Danışıq zamanı Avro-Atlantik təhlükəsizliyi və Şimal qütbündə Rusiyanın qarşısını almaq ehtiyacı müzakirə olunub:

"Liderlər Avro-Atlantik təhlükəsizliyini müzakirə ediblər və Rusiyanın Şimalda qarşısını almaq zərurəti barədə razılığa gəliblər".

Açıqlamaya görə, Avropa müttəfiqləri son aylarda "Avro-Atlantik maraqlarını müdafiə etmək" səylərini artırıblar, lakin Starmer "daha çox iş görülə bilər" deyib.
Вернуться назад