Главная > sosial > Azərbaycanda 14 gün iş olmayacaq - Tarixlər
Azərbaycanda 14 gün iş olmayacaq - Tarixlər12-01-2026, 09:00. Разместил: vasif |
![]() Azərbaycanda 2026-cı ilin istehsalat təqviminə əsasən mayda iki tarixi gün və bir bayrama görə qeyri-iş günləri olacaq. Metbuat.az xəbər verir ki, 9 May Faşizm üzərində Qələbə Günü, 28 May Müstəqillik Günüdür. Həmçinin Azərbaycanda rəsmi olaraq Qurban bayramı 27, 28 may tarixlərində olacaq. Belə ki, 9 May Faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyindən 11 may tarixi də qeyri-iş günü olacaq. 27, 28 may tarixləri isə həm Qurban bayramına, həm də Müstəqillik Gününə təsadüf edir. Bu tarixlər isə müvafiq olaraq çərşənbə və çərşənbə axşamına təsadüf edir. Bayramlar üst-üstə düşdüyündən 29 may tarixində də qeyri-iş günü gözlənilir. Ümumilikdə bayramlara görə, mayda 9, 11, 27, 28, 29 qeyri-iş günləridir. Şənbə və bazar da daxil olmaqla 14 gün iş olmayacaq. Вернуться назад |