Главная > hadise > “2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Elşad Orucovun səhhəti ilə bağlı müraciət”

“2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Elşad Orucovun səhhəti ilə bağlı müraciət”


13-01-2026, 10:33. Разместил: vasif


Presmedia.az xəbər portalının
Direktoru Sərxan İsmayılova

2 saylı cəzaçəkmə müəssisəsində
cəza çəkən Orucov Elşad Oruc oğlu
onun atası Orucov Oruc İsa oğlu
tərəfindən


ƏRİZƏ


Bu ərizəmlə sizə müraciət edərək bildirirəm ki, oğlum hal-hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Oğlum Orucov Elşad Oruc oğlu xəstəlikdən əziyyət çəkir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq ona zəruri tibbi yardım göstərilmir. Həkim laqeydliyindən oğlum əziyyət çəkir.
Xəstəliyə düçar olmuş oğlumun artıq göbəyindən qan gəlir.

Oğlumun həyatı təhlükəsivar. Sizə müraciət etməkdə məqsədim səsimizi, xahişimizi, aidiyyati qurumlara çatdırmaqdır. Oğlumun lazımi tibbi müayinədən keçirib tədbirlər görülməsinə təcili ehtiyac var. Oğlum hər an həyatını itirə bilər.

Bir valideyn kimi bu məni çox narahat edir. Sizin tribuna vasitəsi ilə Dövlət başçısı İlham Əliyev cənablarına, 1-ci vitse prezident Mehriban xanım Əliyevaya, məsələyə ictimai baxışın təmin olunmasını, t.c. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Respublikanın Baş prokuroru cənab Kamran Əliyevə, Ədliyyə Nazir cənab Fərid Əhmədova, Penitensiar Xidmətin rəisi cənab Mirsaləhov Seyidova və Ədliyyə Nazirliyi Baş Tibb idarəsinə lazımi ölçü götürülməsini acizanə xahiş edirik.

Hörmətlə:
Orucov Elşad Oruc oğlunun
atası Orucov Oruc İsa oğlu

29 dekabr 2025-ci il

Ünvan: Ağcabədi şəhəri Üzeyir Hacıbəyli
prospekti ev № 110

Telefon №-si: 051 558 03 18
Вернуться назад