Главная > idman > "Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib
"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib16-01-2026, 11:33. Разместил: vasif |
![]() "Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 182,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 69-cu sıraya düşüb. "Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Araz-Naxçıvan" (60,25) 486-cı pillədən 456-ya, "Neftçi" (51,25) 563-dən 553-dək irəliləyib. "Turan Tovuz" (45) da geriləyən klublar sırasındadır. Tovuz komandası 608-ci pillədən 627-yə düşüb. Qeyd edək ki, 704 klubun yer aldığı cədvəldə Fransa təmsilçisi PSJ (613) liderdir. Вернуться назад |