Главная > hadise / bolge > Qalmaqallı məmurun vəzifəsi bəlli oldu
Qalmaqallı məmurun vəzifəsi bəlli oldu20-01-2026, 10:40. Разместил: vasif |
![]() Xəbər verdiyimiz kimi, Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovdur. Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qeyri-qanuni davranaraq məhsulu müsadirə edən şəxs daha öncə Sumqayıtda ərazi nümayəndəsinin vəzifələrini icra edib. Вернуться назад |