Главная > bolge > Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib20-01-2026, 12:18. Разместил: vasif |
![]() Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında bayraqlar yarıyadək endirilib. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Xankəndi , Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Azərbaycanın bütün ərazisində olduğu kimi bu ərazilərdə də saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmin anda şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlər anılıb. Bayraqlar yarıya qədər endirilib. Вернуться назад |