Главная > dunya > ABŞ hərbi qüvvələrini Suriyadan tamamilə çıxarmağa hazırlaşır

ABŞ hərbi qüvvələrini Suriyadan tamamilə çıxarmağa hazırlaşır


23-01-2026, 11:42. Разместил: vasif


Vaşinqton Amerika qoşunlarını Suriyadan tamamilə çıxarmağı düşünür.

Məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Bildirilir ki, ABŞ bu variantı araşdırır, çünki Suriya prezidenti Əhməd əl-Şaraa ölkənin şimal-şərq hissəsinin nəzarətini Vaşinqtonun dəstəklədiyi kürdlərdən almağa çalışır. Nəşrin məlumatına görə, Suriyada təxminən 1000 ABŞ hərbçisi var və onların əksəriyyəti şimal-şərqdə kürd koalisiyası olan Suriya Demokratik Qüvvələri (SDF) ilə birlikdə yerləşdirilib. Adları çəkilməyən ABŞ rəsmiləri qəzetə bildiriblər ki, "son həftə ərzində baş verən hadisələr Pentaqonu SDF-nin məğlubiyyətindən sonra Suriyadakı Amerika hərbi missiyasının mümkünlüyünü şübhə altına almağa məcbur edib".

WSJ mənbələri digər amillərlə yanaşı, "Əhməd əl-Şaraanın qüvvələri ilə əməkdaşlıqla bağlı çətinlikləri" də qeyd ediblər.

20 yanvarda ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirib ki, Vaşinqton administrasiyası artıq Suriya Demokratik Qüvvələrinin Ərəb Respublikasındakı İslam Dövləti (İŞİD-red.)terrorçu qruplaşmasına qarşı mübarizədə əsas rol oynamalı olduğuna inanmır. O qeyd edib ki, ABŞ ölkədə uzunmüddətli hərbi mövcudluğu qorumağa çalışmır.
Вернуться назад