Главная > dunya > AÇIQLANDI! Tramp ilk olaraq ONLARI ÖLDÜRƏCƏK – Siyahıda Xamenei də var
AÇIQLANDI! Tramp ilk olaraq ONLARI ÖLDÜRƏCƏK – Siyahıda Xamenei də var26-01-2026, 09:21. Разместил: vasif |
|
ABŞ-İran gərginliyi fonunda “Israel Hayom” internet nəşri Vaşinqtonun mümkün hərbi planları ilə bağlı diqqətçəkən iddia irəli sürüb. Nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp cəmi bir həftə əvvəl “İranda yeni liderliyə ehtiyac var” bəyanatını səsləndirib və bu açıqlama Tehranda ciddi narahatlıq doğurub. Məlumatda qeyd olunur ki, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə intensiv şəkildə cəmləşdirilməsi fonunda İranda hansı yüksək rütbəli şəxslərin və hansı strateji obyektlərin potensial hücum hədəfi ola biləcəyi ilə bağlı müzakirələr genişlənib. Nəşrin iddiasına görə, mümkün ssenarilərdə İranın hərbi-siyasi rəhbərliyinin ən üst səviyyədəki fiqurları əsas risk qrupunda yer alır. “Israel Hayom”un yazdığına əsasən, potensial hədəf kimi göstərilən şəxslərin siyahısında aşağıdakı adlar yer alır: İranın Ali Rəhbəri Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandanı Məhəmməd Pakpur Fövqəladə qərargahın rəhbəri Qulaməli Rəşid İran Ordusunun komandanı Əmir Hatəmi Ordu və SEPAH-ın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi Bəsic milis qüvvələrinin komandanı Qulamrza Süleymani Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani Əli Xameneinin müşaviri Əli Şəmxani Nəşr vurğulayır ki, sözügedən siyahı rəsmi şəkildə təsdiqlənməyib və ABŞ administrasiyası tərəfindən açıqlanmış rəsmi hədəf planı mövcud deyil. Bununla belə, yayılan məlumatlar ABŞ-İran qarşıdurmasının hərbi mərhələyə keçə biləcəyi ehtimallarını gücləndirir və regionda gərginliyi daha da artırır. Qeyd olunur ki, Tehran tərəfi ABŞ-dan gələ biləcək istənilən hücumu “tammiqyaslı müharibə aktı” kimi qiymətləndirəcəyini dəfələrlə bəyan edib. Вернуться назад |