Главная > iqtisadiyyat > Azərbaycanın Ermənistana ixracının dəyəri açıqlanıb
Azərbaycanın Ermənistana ixracının dəyəri açıqlanıb26-01-2026, 10:10. Разместил: vasif |
![]() Ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir. 2025-ci ildə Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib. Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton "Aİ-92" markalı avtomobil yanacağı idxal edib. Вернуться назад |