Главная > hadise > Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu
Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu26-01-2026, 11:45. Разместил: vasif |
![]() Bakıda hoteldə qətl törədilib. “Qafqazinfo" məlumatına görə, hadisə yanvarın 25-i saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb. Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb. Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. S.Manafov polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır. Вернуться назад |