Главная > hadise > Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı6-02-2026, 11:18. Разместил: vasif |
![]() Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən qadın müəllim Ş.K.-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |