Главная > bolge > Naxçıvanın yeni Baş naziri kimdir?
Naxçıvanın yeni Baş naziri kimdir?9-02-2026, 12:21. Разместил: vasif |
![]() Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin təqdimatı əsasında Naxçıvan Ali Məclisi Cabbar Musayevin MR-in yeni Baş naziri təyin olunması barədə qərar qəbul edib. “Qafqazinfo”nun məlumatına görə, indiyədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Cabbar Hafiz oğlu Musayev 1981-ci ildə bu şəhərdə doğulub. O, Türkiyənin Ankara şəhərində ali təhsil alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə kredit” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib. 2013-2016-cı illərdə “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb. Prezidentin 4 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Вернуться назад |