Главная > gundem / siyaset > Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO
Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO10-02-2026, 18:22. Разместил: vasif |
![]() Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub. "Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-prezidentinə raport verib. Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib. Sonra rəsmi foto çəkdirilib. ![]() ![]() ![]()
Вернуться назад |