Главная > iqtisadiyyat > Bakıda yeni metrostansiya nə vaxt açılacaq? - Rəsmi açıqlama
Bakıda yeni metrostansiya nə vaxt açılacaq? - Rəsmi açıqlama12-02-2026, 11:18. Разместил: vasif |
![]() Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır. Sakinlər bildirdilər ki, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq. "Bakı Metropoliteni" QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdilir. 8 noyabr- b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib. "Bakı Metropoliteni"ninin rəsmisi bildirdi ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.//Xəzər TV Вернуться назад |