Главная > iqtisadiyyat > Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb - RDY
Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb - RDY12-02-2026, 11:42. Разместил: vasif |
![]() Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb. Bunu "Rusiya Dəmir Yolları" (RDY) ASC-nin sədrinin birinci müavini Sergey Pavlov deyib. Pavlov qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının ardınca uzun illərdən sonra ilk taxıl qatarı 2025-ci ilin noyabr ayında Rusiyadan Ermənistana yola düşüb. "Çatdırılmalar artıq müntəzəm hala gəlib. Biz bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq", - o qeyd edib. Вернуться назад |