Главная > siyaset > Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO
Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO16-02-2026, 11:37. Разместил: vasif |
|
Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib. Bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarov, digəri isə Yusif Nəbiyevdir. Cəbrayıl Eldar oğlu Xanlarov 3 noyabr 1972-ci ildə paytaxt Bakıda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub. Əmək fəaliyyətinə dövlət qurumlarında başlayan Xanlarov bir müddət Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” strukturunda çalışıb. Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra isə 2005-ci ildən etibarən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəhbərlik edib. Həmin vaxt o, 34 yaşında idi. Cəbrayıl Xanlarov dövlət qulluğunda 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə layiq görülüb. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edəcək. Вернуться назад |