Главная > hadise > Biləcəridə qanunsuz tikili söküldü - Video
Biləcəridə qanunsuz tikili söküldü - Video17-02-2026, 11:30. Разместил: vasif |
![]() Bakıda daha bir qanunsuz tikili sökülüb. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi-Xırdalan avtomobil yolunun rayonun Biləcəri qəsəbəsindən keçən hissəsinə yaxın ərazidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb. Вернуться назад |