Главная > hadise > Azərbaycanda kafedə partlayış: Ölən var

Azərbaycanda kafedə partlayış: Ölən var


25-02-2026, 10:59. Разместил: vasif


Ötən gün Yevlaxdakı kafedə baş verən partlayışda yaralanan şəxs vəfat edib.

***

Yevlaxda kafedə partlayış olub.

Hadisə Aran qəsəbəsində qeydə alınıb.

Kafenin içərisində olan maye-qaz balon partlayıb. Nəticədə obyektin sahibi - 57 yaşlı Yevlax rayon sakini Sadıqov Ruslan Şirin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.//Lent.az
Вернуться назад