Главная > hadise > Sumqayıtda poladəritmə sexində partlayış - YARALILAR VAR
Sumqayıtda poladəritmə sexində partlayış - YARALILAR VAR27-02-2026, 10:40. Разместил: vasif |
|
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib. Sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır./Report Вернуться назад |