Главная > hadise > İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto
İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto10-03-2026, 17:30. Разместил: vasif |
![]() İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı - Amid Murtuzov və Rüstəm Qulamov həlak olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb. Bildirilib ki, onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər. Qeyd edilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar. Fotoda: Amid Murtuzov Вернуться назад |