Главная > iqtisadiyyat > Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir11-03-2026, 10:02. Разместил: vasif |
![]() Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür. Taxılın ümumi çəkisi 1 023 tondur. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb. Вернуться назад |