Главная > hadise > Bakı metrosunda HƏYƏCANLI ANLAR
Bakı metrosunda HƏYƏCANLI ANLAR11-03-2026, 10:33. Разместил: vasif |
|
Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir. Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, sərnişinin iddiası əsassızdır: "Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir". *** Bakı metrosunda qatarda tüstülənmə baş verib. Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər. Sərnişinlər bildiriblər ki, metronun "28 may" stansiyasında qatarda tüstülənmə olub. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib. Вернуться назад |