Главная > hadise > Azərbaycanda alim ölüb
Azərbaycanda alim ölüb17-03-2026, 09:40. Разместил: vasif |
![]() Azərbaycanda alim ölüb. Azərbaycan Dillər Universitetinin (ADU) professoru Gəray Namaz oğlu Yusifov vəfat edib. xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gəray Yusifov dünyasını dəyişib. Qeyd edək ki, G.Yusifov 1936-cı il Yevlax rayonunun Salahlı kəndində anadan olub. 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda İngilis dili fakültəsində təhsil alıb. 1960-1972-ci illərdə Yevlax rayon və Mingəçevir şəhər məktəblərində ingilis dili müəllimi kimi çalışmağa başlayıb. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda müəllim ştatına qəbul edilib. 1973-cü ildən baş müəllim, 1977-ci ildən dosent kimi fəaliyyətinə davam edib. 1979-cu ildə İngilis dili fakültəsi üzrə dekan, 1991-ci ildə Tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin edilib. 1992-ci ildən 2026-ci ilə qədər Xarici dillərin tədrisi metodikası kafedrasında (indiki adı İngilis dilinin tədrisi metodikası kafedrası) professor vəzifəsində əmək fəalliyyətini davam etdirib. 6 kitab, akademik mətbuatda 38 məqalə və tezis, 1 monoqrafiya çap etdirib. Allah rəhmət eləsin!
Вернуться назад |