Главная > siyaset > Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının ikinci görüşü keçirilir
Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının ikinci görüşü keçirilir2-04-2026, 11:23. Разместил: vasif |
|
Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilir. Tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin hökumət başçıları, Türkiyənin Vitse-prezidenti, həmçinin TDT-nin Baş katibi iştirak edir. Görüşdə iqtisadi əlaqələr və nəqliyyat-logistika məsələlərinin müzakirəsi nəzərdə tutulub. Xatırladaq ki, TDT-yə üzv dövlətlərin hökumət başçılarının ilk iclası ötən il sentyabrın 18-də Qırğızıstanda keçirilib. Вернуться назад |