Главная > sosial > Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ
Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ6-04-2026, 14:08. Разместил: vasif |
![]() “Evlərini əvəzləşmə qaydasında MTK-ya verən - “evimi sök, amma mənə yeni binada ev ver” deyən - vətəndaşların diqqətinə. Aranızda bağlanan müqavilədə, evinizin hansı formada təmir olunacağını, ora hansı avadanlıqların, mebellərin quraşdırılacağını dəqiq göstərin”. Bunu hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, müqavilədə qeyd edilən "tam təmirli" və ya "təmirli ev verəcəkdir" ifadəsi qeyri-müəyyəndir: “Məsələn, hamama kafel vuracaq, amma əlyuyan, unitaz qoyacaqmı? Pollar laminat olacaq, yoxsa taxta? Bunları müqavilədə göstərin”, - deyə o qeyd edib. Hüquqşünas müqavilənin dəqiq olmamasının tərəfləri məhkəməlik etdiyini söyləyib. Вернуться назад |