Главная > hadise / video > Sürücülərə təhlükəli anlar yaşadan körpü - VİDEO

Sürücülərə təhlükəli anlar yaşadan körpü - VİDEO


14-04-2026, 09:52. Разместил: vasif


Bakı-Quba yolunun Siyəzənin Yenikənd kəndindən keçən hissəsində, Gilçay üzərindəki körpüdə yaranan vəziyyət sürücülərin narahatlığına səbəb olub. Körpü üzərindəki problem sürücülər üçün təhlükə mənbəyinə çevrilib.

Sakinlər vəziyyəti belə şərh ediblər: "Maşınları pis günə qoyub. Hər gün buradan keçən avtomobillərin təkərləri partlayır. Üç-dörd gün olar. Hazırda dəmirlər üzdə qalıb".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə yaranmış problemdən xəbərdardırlar. Bu barədə agentliyə məlumat daxil olan kimi dərhal aidiyyəti üzrə tapşırıq verilib və problemin qısa müddətdə aradan qaldırılması təmin edilib.




Вернуться назад