Главная > idman > Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır17-04-2026, 10:03. Разместил: vasif |
![]() Azərbaycanın daha bir idmançısı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq. "Report" məlumatına görə, son olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq. O, 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşacaq. Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb. Avropa çempionatı aprelin 19-da başa çatacaq. Вернуться назад |