Главная > hadise > İmişlidə canavarlar kəndə hücum edib
İmişlidə canavarlar kəndə hücum edib22-04-2026, 09:52. Разместил: vasif |
![]() İmişli rayonunda canavarlar kəndə hücum ediblər. "Report" məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində baş verib. Kənddə fərdi təsərrüfata sürü halında hücum edən canavarlar 2 baş qoyunu parçalayıb, 1-ni isə yaralayıblar. Kənd sakinlərinin sözlərinə görə, bu cür hal kənddə ilk dəfədir, olur. Вернуться назад |