Главная > idman > Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub23-04-2026, 09:23. Разместил: vasif |
![]() Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz titulunu qoruyub və 133 xalla yenidən Avropa çempionu olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub. Millinin heyətində medal qazanan güləşçilərimiz: Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (82 kq), Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasovdur (87 kq). Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.(report) Вернуться назад |