Главная > dunya > Pezeşkian hərəkətə keçdi: Müharibə bölgələri ilə bağlı təcili QƏRAR

Pezeşkian hərəkətə keçdi: Müharibə bölgələri ilə bağlı təcili QƏRAR


Сегодня, 10:49. Разместил: vasif


İran prezidenti Məsud Pezeşkian müharibədən zərər çəkmiş bölgələrdə yenidənqurma işlərinin sürətləndirilməsinə çağırıb.

Dövlət televiziyasının yaydığı məlumata görə, dövlət başçısı qubernatorlardan bərpa işlərini sürətləndirmək üçün onlara verilən səlahiyyətlərdən tam istifadə etmələrini tələb edib.

Məlumata görə, Pezeşkian bərpa prosesini təhlil etmək məqsədilə Hörmüzqan, Buşəhr, İsfahan və Qum vilayətlərinin qubernatorları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Prezident dövlət resurslarının səfərbər olunması, inzibati maneələrin aradan qaldırılması və zərərçəkənlər üçün ünvanlı dəstək paketlərinin tətbiqi ilə bağlı tapşırıqlarını verib.
Вернуться назад