Главная > --- > Prezident İlham Əliyev Avropa çempionlarımızı qəbul edərkən qeyd etdi ki, idmanımız artıq göz önündədir

Prezident İlham Əliyev Avropa çempionlarımızı qəbul edərkən qeyd etdi ki, idmanımız artıq göz önündədir


Сегодня, 11:46. Разместил: vasya
Prezident İlham Əliyev Avropa çempionlarımızı qəbul edərkən qeyd etdi ki, idmanımız artıq göz önündədir


İlk növbədə milli komandamızı təbrik edirik. Nəzərə alsaq ki, bu gün həm dünyada, həm də Avropada güləş üzrə mübarizə daha gərgin keçir və bu mübaqrizə də gərgin keçənlər siyahısında idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığnı göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu əlbəttə xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir.
Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Prezident İlham Əliyev Avropa çempionlarımızı qəbul edərkən qeyd etdi ki, idmanımız artıq göz önündədir. Biz bütün qüvvəmizlə idmana olan diqqətimizi artırırıq və siz də bizi sevindiməkdə davam edirsiz. Güləşçilərimiz bir daha göstərdi ki, Avropada birincidirlər. Prezident bu münasibətlə idmançılarımızı onların məşqçi heyətini təbrik edib və yeni naliyyətlər arzulayıb.
Azərbaycan bayrağı qaldırılanda qürur hissi keçirməmək mümkün deyil. Bu çox önəmli amildir. Bu gənc nəsli vətənpərvərlik ruhu ilə böyüdür. İdman cəmiyyətimizin bir qoludur. Son illər ərzində idmanda gedən müsbət proseslər hamımızı sevindirir.
Həm Olimpiya oyunlarında, həm Avropa çempionatlarında bizim idmançılarımızı dəstəkləyən xalqımızın gücü, istəyi idmançılarımızı bir qədər də ruhlandırır.
Ölkəmizdə keçirilən müxtəlif idman oyunları, beynəlxalq yarışlar onu göstərir ki, idmana çox güclü potensial var. İdmançılara qayğı dövlət siyasətinin bir qoludur.
Keçirilən bu yarışlar idmançılarımız üçün həm də təcrübə məktəbidir. Ölkələr arasında əlaqələrin güclənməsi üçün mühüm bir addımdır. Qazanılan uğurlar təkcə idmançılarımızın uğuru deyil. Bu həm də ölkəmizin uğurudur. Uğur insanı daim güclü və möhkəm edir, dostluq ruhunu gücləndirir. Hər bir qələbə arxasında zəhmət və böyük əzmkarlıq dayanır. Bu zəhmət və əzmkarlıq isə bizi ruhlandırır, böyüdür.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta
ümumtəhsil məktəbi publik hüquqi şəxsi
İbtidai sinif müəllimi Vəfa Tağıyeva
Вернуться назад