Главная > dunya > İspaniya Baş nazirinin təyyarəsi Ankarada təcili eniş etdi
İspaniya Baş nazirinin təyyarəsi Ankarada təcili eniş etdiСегодня, 09:53. Разместил: vasif |
![]() İspaniyanın Baş naziri Pedro Sançesin Madriddən İrəvana uçan təyyarəsi Ankarada təcili eniş edib. “Bu barədə yerli “La Razon” nəşri məlumat yayıb. “Onu (Pedro Sançesi - red.) Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana aparan təyyarə marşrutu yarımçıq dayandırmaq və gözlənilmədən Ankarada eniş etmək məcburiyyətində qalıb”, - məlumatda deyilir. Hadisəyə texniki problemin səbəb olduğu bildirilir. İspaniya nümayəndə heyətinin bu gün səhər saatlarında Ermənistana yola düşəcəyi gözlənilir. Вернуться назад |