Главная > siyaset > Bakıda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi planlaşdırılır
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi planlaşdırılırСегодня, 09:09. Разместил: vasif |
![]() Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır. Bunu İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib. "Biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək", - o deyib. C. Meloni qarşılıqlı sərmayə yatırımlarından da bəhs edib: "Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var". Вернуться назад |