Главная > dunya > Moskvada mobil internet 1 günlük tam söndürüləcək
Moskvada mobil internet 1 günlük tam söndürüləcəkСегодня, 11:58. Разместил: vasif |
![]() Mayın 9-da Moskvada mobil internet, o cümlədən SMS xidməti tamamilə məhdudlaşdırılacaq. Bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Bu qərar Rusiya paytaxtında Qələbə Günü ilə bağlı keçiriləcək tədbirlərə görə verilib. “Evlərdə internet və Wi-Fi isə heç bir məhdudiyyət olmadan adi rejimdə işləməyə davam edəcək”, - nazirliyin bəyanatında deyilir. Bununla yanaşı qeyd olunub ki, mayın 7-8-də Moskvada mobil internetin məhdudlaşdırılması planlaşdırılmasa da, təhlükəsizlik təhdidləri yarandığı təqdirdə operativ məhdudiyyətlər tətbiq oluna bilər. Вернуться назад |