Главная > idman > Bu gün ölkə kubokunun qalibi müəyyənləşəcək
Bu gün ölkə kubokunun qalibi müəyyənləşəcək13-05-2026, 10:20. Разместил: vasif |
![]() Bu gün Azərbaycan kubokunun final matçı keçiriləcək. “Həlledici oyunda son çempion “Sabah”la “Zirə” qarşılaşacaq. “Palms Sports Arena”da keçiriləcək bu matçı Elçin Məsiyev idarə edəcək. “Sabah” kuboku da qazanmaqla “qızıl dubl” etmək arzusundadır. “Zirə” isə avrokuboklardan kənarda qalmamaq üçün mütləq ölkə kubokunu qazanmalıdır. Azərbaycan kuboku Final 13 may 20:00. “Sabah” – “Zirə” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev. “Palms Sports Arena”. Вернуться назад |