Главная > iqtisadiyyat > AZAL Bakı-Dubay reyslərini bərpa edib

AZAL Bakı-Dubay reyslərini bərpa edib


15-05-2026, 11:59. Разместил: vasif
AZAL Bakı-Dubay reyslərini bərpa edib


Azərbaycan Hava Yolları (AZAL) Dubay istiqamətində uçuşların həyata keçirilməsini bu gündən etibarən bərpa edib.

Bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, Bakı-Dubay-Bakı marşrutu üzrə reyslər həftənin bütün günləri icra olunacaq.

Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə yaranmış gərgin vəziyyət və hava məkanında tətbiq edilən məhdudiyyətlərlə əlaqədar sözügedən istiqamət üzrə uçuşlar müvəqqəti dayandırılmışdı.
Вернуться назад