Главная > hadise > Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ

Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ


Сегодня, 09:45. Разместил: vasya
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ


Türkiyənin Van şəhərində yaşayan azərbaycanlı Əhməd Cahanqard Takalo cəmi bir saniyə ərzində dünyanın ən zəngin insanlarından birinə çevrilib.

Təxminən 10 il əvvəl bu şəhərə köçən soydaşımız, yumşaq desək, gözlənilməz bir vəziyyətlə qarşılaşıb.

Belə ki, Əhməd yerli supermarketlərin birində alış-veriş edərkən bank kartından istifadə edə bilməyib.

Problemi həll etmək üçün bankın yerli filialına müraciət edən 32 yaşlı gənc, hesabı barədə öyrəndiklərindən şoka düşüb.

Məlum olub ki, onun hesabına naməlum mənbədən düz 999 milyard 999 milyon 999 min 999 lirə 99 quruş vəsait daxil olub. Təxminən 21,8 milyard dollara bərabər olan bu nəhəng məbləğin haradan gəldiyi bilinmədiyi üçün Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Komissiyası (MASAK) Əhmədin bütün bank hesablarına blok qoyub.

Artıq bir aya yaxındır ki, bank hesablarının dondurulması səbəbindən gəncin həyatı çətinləşib. O, vəziyyətə aydınlıq gətirmək və blokun götürülməsi üçün müvafiq dövlət qurumlarına müraciət etsə də, araşdırmanın davam etdiyi əsas gətirilərək müraciətləri cavabsız qalıb.

Baş verənlər barədə danışan Əhməd bildirib ki, hesabındakı 22 milyard dollara yaxın pulu görən bank əməkdaşları heyrətlərini gizlədə bilməyiblər: "Bank işçisi dərhal filial müdirini çağırdı, o isə öz növbəsində bankın direktoruna məlumat verdi. Hamı başıma toplandı. Məlum oldu ki, hesabıma naməlum mənbədən vəsait daxil olub və aidiyyəti qurumlar hesabla bərabər kartlarımı da bloklayıb. Bank rəhbərliyi bu vəziyyəti çox gülməli və qəribə qarşıladı".

Əhməd hesabındakı bu milyardlarla nə edə biləcəyini öyrənmək üçün süni intellektə də müraciət edib. Süni intellektin hesablamalarına görə, bu pulla 9 yük maşını qızıl almaq, 300 min əhalisi olan yeni bir dövlət qurmaq və ya min ədəd böyük futbol stadionu tikmək mümkündür. Həmçinin bu məbləğ gənc azərbaycanlını dünyanın ən zəngin insanları siyahısında 116-cı pilləyə qaldırır.

Əhmədin bu pulu əldə edəcəyinə və ya xərcləyə biləcəyinə heç bir ümidi yoxdur. Onun yeganə istəyi şəxsi hesabları üzərindəki blokun tezliklə götürülməsidir. Çünki artıq bir aydır hesabı dondurulan soydaşımız maddi cəhətdən ciddi sıxıntılar yaşayır.musavat.com
Вернуться назад