Главная > sosial > Mopedlərlə bağlı yeni qaydalar
Mopedlərlə bağlı yeni qaydalarСегодня, 11:32. Разместил: vasya |
![]() Azərbaycanda mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına və ya digər xidmətlərin göstərilməsinə görə dövlət rüsumu müəyyənləşir. Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, moped sahibləri nəqliyyat vasitəsinin illik qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə 15 manat miqdarda dövlət rüsumu ödəyəcəklər. Bundan başqa, moped sahibləri digər prosedurlara görə də dövlət rüsumu ödəyəcəklər Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün - 15 manat: Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə - 10 manat; Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə - 40 manat; Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün - 30 manat; Dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat; Qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 30 manat. Layihəyə əsasən, mopedlər icbari sığortaya cəlb olunmalıdır. Qeyd olunur ki, qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutulur. Xatırladaq ki, layihə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 9 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Вернуться назад |