Главная > hadise > DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladıСегодня, 09:48. Разместил: vasya |
![]() Azərbaycanda kibertəhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyətə başlayıb. “Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib. O qeyd edib ki, kibertəhqiqatın həm prosessual kibertəhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kibertədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək: “Bu istiqamət üzrə həm “cyber investigation”, həm də “cyber examination” bölmələri tandemdə işləyərək, kibertəhlükələrə qarşı, xüsusən APT tipli ciddi kibertəhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur”. Вернуться назад |