Главная > idman > Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək

Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək


Сегодня, 11:07. Разместил: vasya
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək


Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq matçı keçirəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə qarşılaşacaq.

Görüş Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda, saat 22:00-da start götürəcək. Matçı macarıstanlı baş hakim Mixail Kaprali idarə edəcək.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.
Вернуться назад