Главная > hadise > Gəmidəkilərin nəşləri tapıldı
Gəmidəkilərin nəşləri tapıldı9-06-2026, 12:20. Разместил: vasya |
![]() “İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların iyunun 9-da günorta radələrində ölkəmizə çatmaları gözlənilir”. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb: “Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan 2 vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”. Вернуться назад |