Главная > dunya > ABŞ İranda bu strateji yerləri BOMBALADI
ABŞ İranda bu strateji yerləri BOMBALADI10-06-2026, 09:28. Разместил: vasya |
![]() ABŞ ordusu İranın cənubunda yerləşən iki mühüm su anbarına hava zərbələri endirib. Bu barədə iyunun 10-da İranın dövlət teleradioşirkəti IRIB öz "Telegram" kanalı vasitəsilə məlumat yayıb. "ABŞ-nin Sirik bölgəsinə təşkil etdiyi hücum zamanı iki su anbarı hədəf alınıb və nəticədə həmin ərazidə su təchizatı tamamilə kəsilib", - rəsmi məlumatda qeyd olunub. Hücum nəticəsində su anbarlarının tamamilə dağıdıldığı bildirilir. Xatırladaq ki, iyunun 9-da ABŞ-nin İrana qarşı zərbələrə başladığı barədə məlumat yayılıb. Bu addım Hörmüz boğazı yaxınlığında Amerikanın "AH-64 Apache" tipli hərbi helikopterinin qəzaya uğramasına səbəb olan İran dronlarının hücumuna cavab olaraq atılıb. Вернуться назад |