Главная > dunya > Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədiСегодня, 16:00. Разместил: vasya |
![]() Rusiya Ermənistandan idxal olunan balığın yerini doldurmaq üçün digər ölkələrdən satınalmaları artırıb. Bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert TASS agentliyinə məlumat verib. O qeyd edib ki, Rusiya tərəfi Ermənistandan diri balıq tədarükünə məhdudiyyətlərin tətbiq ediləcəyini əvvəlcədən təxmin edirdi. Məhz bu səbəbdən digər ölkələrdən məhsul idxalı artırılıb. Xüsusilə, forel (qızılxallı) balığının tədarükündə Rusiya əsas diqqəti İran və Türkiyə bazarlarına yönəldib. S. Dankvert vurğulayıb ki, tədarükçü ölkələrin sayının artması işin gedişatını xeyli asanlaşdırır. Onun sözlərinə görə, seçim imkanı geniş olduqda, hər hansı bir tərəfdaşdan asılılıq yaranmır və nəticədə bazarda məhsul qıtlığının qarşısı tamamilə alınır. Вернуться назад |