Главная > sosial > Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilibВчера, 13:05. Разместил: vasya |
![]() “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb”. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, ayrılan vəsaitin 4 mlrd. manatı infrastruktur təyinatlı layihələrin, 440 mln. manatı sosial təyinatlı layihələrin, 10 mln. manatı müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 mln. manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib. Вернуться назад |